Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində uzunluğu 900, eni 6 metr olan mərkəzi küçənin təmiri sona çatıb. Bu barədə mayın 27-də Report Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verib.
Həmçinin Qızıldaş qəsəbəsində uzunluğu 5 100 metr, eni isə 6 metr olan 12, 13 və 14-cü küçələr təmir olunub.
Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələrində də uzunluğu 19,6 kilometr təşkil edən küçələrin cari ildə təmiri gözlənilir.