İyunun 21-də Qobustan rayonunun Xilmilli kənd sakini sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisinə ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib. Bu barədə iyunun 22-də APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Əməli törədən şəxs saxlanılıb, onun “Churchill” markalı ov tüfəngi isə götürülüb.