Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 14 yanvar tarixində APA məlumat verib.
"Qazel" markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.