Qubanın İkinci Nügədi kəndində 33 yaşlı kişi intihar edib. Bu haqda iyunun 24-də Qafqazinfo məlumat yayıb.
O, yaşadığı evdə özünü asıb.
Kənd sakininin 1 yaşlı övladı qan xəstəliyi səbəbindən keçən il vəfat edib. Psixoloji sarsıntı keçirən şəxs spirtli içkilərə meyl edib.
Faktla bağlı araşdırma aparılır.