Qubada avtomobil suvarma kanalına düşüb, köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib. Bu barədə iyunun 29-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə Mirzəməmməd kəndində qeydə alınıb. 74 yaşlı Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı avtomobil idarəetməni itirərək dərinliyi 6 metr olan suvarma kanalına düşüb.
Avtomobilin içərisində köməksiz vəziyyətdə qalan sürücü və sərnişin, 69 yaşlı Leyla Ağakərimova xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.