İyunun 3-də saat 21 radələrində Qubanın Çartəpə kəndində 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə polisə məlumat daxil olub. Bu haqda Report xəbər yayıb.
Araşdırma zamanı məlum olub ki, Eldar Hacıyevi K. Baxışov yaşadığı evdə münaqişə zəminində bıçaqla öldürüb.
K. Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.