Qubada torpaq sürüşməsi baş verib. Bu barədə mayın 26-da Report məlumat yayıb.
Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb. Torpaq və qaya parçalarının sürüşməsi nəticəsində qaz xətti, rabitə və elektrik kabellərinə zərər dəyib.
Hadisənin fəsadları aradan qaldırılır.