Qusar sakini hovuza düşərək ölüb. Bu barədə 11 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfər dərinliyi təqribən 3 metr olan hovuza düşüb.
Meyit hovuzdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.