Qusar rayonunda 20 yaşlı oğlan göldə boğulub. Bu barədə iyunun 24-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Köhnə Xudat kəndi ərazisində baş verib. Gənc çimmək məqsədilə girdiyi göldə boğularaq dünyasını dəyişib. Bildirilib ki, yaxınlıqda olan insanlar onun həyatını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb.
Mərhumun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar davam edir.