Qusar rayonunun Yeni Həyat kəndində yanğın baş verib. Bu barədə 14 yanvar tarixində APA məlumat verib.
Kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.
Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.