Qusarda evdə yanğın olub. Bu haqda mayın 17-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyü, yanar konstruksiyaları və dəhlizin tavanı yanıb. Evin qalan hissəsi alovdan mühafizə olunub.
Yanğın söndürülüb.