Dünən, iyunun 23-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 6-cı turunun oyunları keçirilib. Teymur Rəcəbov ağ fiqurlarla macarıstanlı Riçard Rapporta qarşı heç-heçə oynayıb.
Keçirilən digər oyunlarda Karuana Firuzcadan, Nepomnyaşi isə Dudadan üstün olub. Nakamura - Liren oyununda isə qalib müəyyənləşməyib. Beləliklə, 6 turdan sonra Rəcəbovun hesabında 2,5 xal var. Bu gün turnirdə istirahət günüdür.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.