Son zamanlar sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Bununla əlaqədar iyunun 2-də mərkəzin rəsmisi Mikayıl Qədimov Trend-ə açıqlama verib.
Onun sözlərinə əsasən, yayılan məlumatlar yalandır, videoda isə cərgələrdə olan dükanlarda aparılan təmir işləri əks olunub.
Qeyd edək ki, paylaşılan görüntülərdə adıçəkilən məkanın sökülərək başqa ünvana köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.