Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb. Bu barədə iyunun 1-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeydiyyat iyunun 1-dən 5-dək internet vasitəsilə aparılacaq.
2-ci cəhd imtahanında iştirak etmək istəyən namizədlər “Şəxsi kabinet”lərinin hesabına 60 AZN əlavə edib link-ə daxil olmaqla qeydiyyatdan keçməlidirlər.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 21-də keçirilməsi planlaşdırılır.