Türkiyəli idmançı Merih Demiral Ronaldo, Mbappe, Messi kimi bir çox futbolçuları Türkiyəyə yardım üçün bir araya gətirib. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 11 fevral tarixində xəbər verir.
Futbol üzrə İtaliyanın A Seriyası komandalarından “Atalanta”da forma geyinən Merih Demiral Türkiyənin 10 vilayətini təsiri altına alan zəlzələdən sonra kampaniya təşkil edib.
Ona ilk dəstək “Yuventus”dan - köhnə komanda yoldaşı Ronaldodan gəlib. Portuqaliyalı ulduz Türkiyədə baş verənlərə kədərini gizlətməyib. Bununla o, imzalı formasının tezliklə satılıb zəlzələdən zərərçəkənlərə bağışlanmasını istəyib.
Ronaldonun ardından “Yuventus” və İtaliya millisinin vacib oyunçularından olan Bonuççidən gəlib. O da imzalı forması ilə kampaniyaya dəstək olub.
Ronaldo və Bonuççidən sonra argentinalı ulduz Paulo Dibala da kampaniyaya imzalı forması ilə qoşulub.
Merih Demiral, Ronaldo, Bonuççi ve Dibala formalarının 5 milyon lirəyə satıldığını ve gəlirin yardım dərnəyinə köçürüldüyünü bildiriblər.
Kampaniyaya dəstək olan digər ulduz futbolçular:
“Atletiko Madrid” - Antuan Qrizman, Alvaro Morata
“Tottenhem Hotspur” - Harri Keyn , Deyan Kulusevski
“Mançester Siti” - Erlinq Holand, İlkay Gündoğan, Emre Can
PSG - Lionel Messi, Kilian Mbappe, Neymar, Hakan Çalhanoğlu, Canluici Donnarumma
“Real Madrid” - Eden Azar
[caption id="attachment_105255" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]