“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə iyunun 22-də Trend xəbər yayıb.
Məlumata görə, Ehtiram Xəlilov istintaq zamanı 4 ay müddətinə həbs edilib.
Daha öncə gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. E.Xəlilovun 200 min manatdan artıq rüşvət aldığı iddia edilir.