Sabah, iyunun 14-ü saat 10:00-dan etibarən “Formula 1″lə bağlı hərəkəti məhdudlaşdırılan bütün yollar açılacaq. Bu haqda Baku City Circuit-dən Day.Az-a məlumat verilib.
Həmçinin iyunun 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.