Şabranda 16 yaşlı oğlan narkotik tərkibli bitkiləri yetişdirən əmisini ifşa edib. Bu haqda iyunun 30-da Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
Belə ki, polis əməkdaşları yeniyetmədə marixuana aşkar ediblər. Onun narkotiki əmisinin evindən götürdüyü müəyyən edilib.
Davam etdirilən əməliyyat zamanı həmin şəxsin narkotiklərin kultivasiyası ilə məşğul olduğu bilinib. Onun həyətindən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana tapılıb.