Şabranda 25 yaşlı gənc qətlə yetirilib. Bu barədə 16 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, ötən gün rayon prokurorluğuna 1997-ci il təvəllüdlü şəxsin ölməsi barəsində məlumat daxil olmuşdur.
Araşdırma zamanı 2001-ci il təvəllüdlü şəxs şübhəli qismində tutularaq istintaqa cəlb edilib. Onun mərhum şəxsə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanmışdır.