Şabranda anasını döyərək qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nazırovun məhkəməsi başlayır. Bu haqda iyunun 25-də Report məlumat yayıb.
Hadisə bu ilin martında baş verib. Sözügedən şəxs 69 yaşlı qadına təpik və yumruqla çoxsaylı zərbələr vurub. Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisəni törədən rayon sakininin həmin zaman sərxoş vəziyyətdə olduğu məlum olub. O, “qəsdən adam öldürmə” maddəsilə ittiham olunub.