Şabranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar həbs edilib. Bu barədə iyunun 14-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Saxlanılan Cəfər Tarverdiyev və Nəzrin Hüseynovanın üzərlərinə və avtomobilə baxış keçirilib. Nəticədə onlardan heroin, “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq aşkarlanıb.
Həmçinin C.Tarverdiyevin qonşuluğunda olan evin həyətində çətənə bitkiləri əkib yetişdirdiyi bilinib.
Faktla bağlı cinayət işi başlanılıb.