Şabranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki qardaş saxlanılıb. Bu barədə iyulun 4-də Daxili İşlər Nazirliyinə istinadən Report məlumat yayıb.
Saxlanılan Tərlan və Qəşəm Əzimovlardan 30 qramdan çox heroin, külli miqdarda metamfetamin, marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib, Qəşəm Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib.