Şabranda narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs həbs edilib. Bu haqda mayın 21-də Report məlumat yayıb.
Vətəndaşın üzərinə və yaşadığı evə baxış keçirilib. Oradan aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə bitkisi, marixuana və heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.