Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 22 oktyabr tarixində Lent.az məlumat verib.
Hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan iki minik maşını toqquşub.
Qəza zamanı H.Hüseyov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.