İyunun 16-dan iki həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü “Yay məktəbi” başlayıb. Bu barədə 16 iyun tarixində Təhsil Nazirliyi məlumat verib.
Məlumata əsasən, dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunacaq.
Bildirilib ki, “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur.
Qeyd olunub ki, sözügedən məktəbin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılmasıdır.