Mayın 31-i saat 17:00-da 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi sona çatacaq. Bu barədə Təhsil Nazirliyi mayın 26-da məlumat verib.
Şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.