Bu gün, iyunun 24-də www.tovillage.az elektron aqroturizm platformasının təqdimatı keçirilib. Bu haqda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məlumat verilib.
Bu platforma həm səyahət etməyi sevən insanların, həm aqrar sahibkarların, həm də turizm sahəsi üzrə ixtisaslaşmış şirkətlərin istifadəsi üçün nəzərdə tutulub.
Aqroturizmlə maraqlanan turistlər sayta daxil olaraq arzuladıqları fəaliyyətlərlə zəngin turlara qoşula, fərdi turlar yarada və yaxud saytda yerləşdirilmiş qonaq evlərini rezervasiya edə bilərlər.