Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib. Bu barədə 21 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, artıq zubr balalarının sayı 6-ya çatıb. Bu, dünyaya gələn ikinci dişi fərddir.
Bildirilib ki, nəsli kəsilmiş zubrların bərpası və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılmışdı.
Qeyd edək ki, bu ay sözügedən parkda daha bir zubr balası dünyaya gəlmişdir.