Şahdağda yağıntılar qara keçib, 1 santimetrlik qar örtüyü əmələ gəlib. Bu barədə iyulun 4-də Report-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Soyuq atmosfer cəbhəsi, əsasən, şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub. Belə ki, Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib.
Qeyd edək ki, 2019-cu il iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi.