Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. Bu barədə 11 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi məlumat verib.
Məlumata əsasən, 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılıb.