Britaniya şahzadəsi Endryunu zorakılıqda ittiham edən amerikalı Virciniya Cuffre intihar edib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
"Virciniya cəsarətli döyüşçü idi. Onun işığı bir çox sağ qalanları ayağa qaldırmağa kömək etdi. Nəhayət, onun zorakılığının yükü Virciniya üçün çox ağır oldu”, - Cuffrenin ailəsi telekanala açıqlamasında deyib.
Xatırladaq ki, 2021-ci ildə Cuffre zorakılıqla bağlı şahzadə Endryuya qarşı iddia qaldırmışdı. 2022-ci ilin avqustunda tərəflər amerikalıya təzminat ödənilməsi barədə məhkəməyəqədər razılaşma əldə ediblər. Məbləğ rəsmi olaraq açıqlanmasa da, Britaniya mətbuatının məlumatına görə, bu, 15 milyon dollar civarında olub.