Şəkidə tarixi abidədə qanunsuz qazıntı işləri aparan iki şəxs müəyyənləşib. Bu barədə iyunun 22-də Daxili İşlər Nazirliyinə istinadən Report məlumat verib.
Əməliyyat nəticəsində Orta Zəyzid kəndi ərazisində yerləşən abidədə qanunsuz qazıntı işləri aparanların rayon sakinləri Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları aşkarlanıb.
Həmin şəxslər ifadələrində tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.
Məlumatda qeyd olunub ki, qazıntı zamanı abidəyə ziyan dəyməyib.