Şəkidə 22 sərnişinin olduğu avtobus qəzaya uğrayıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə iyunun 5-də saat 16:30 radələrində şəhərdə yerləşən istirahət mərkəzlərinin birində baş verib. Avtobusda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Sərnişinlərdən 4-ü müəllim, 2-si valideyn, 16-sı isə şagirddir. Xəsarət almış 10 nəfərə tibbi yardım göstərilərək evə buraxılıb, 1 nəfərə bel nahiyəsinin küt travması, ikinci bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Onun hazırda müalicəsi davam etdirilir.