Şəkidə iki yaşlı uşaq ölüb. Bu barədə 3 fevral tarixində Lent.az məlumat verib.
Bu gün səhər saatlarında rayonun Baş Göynük kənd sakini, 2 yaşlı Ruhəngiz İsrafilovanın vəziyyəti qəfil pisləşib. O, ağır durumda rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ancaq körpə xəstəxanaya çatdırılan kimi dünyasını dəyişib.
Onun ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.