Şəkidə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hadisə şəhərin M.F.Axundov prospektində qeydə alınıb. 57 yaşlı Adil Səlimov hündürlüyü 3 metr olan körpüdən çay dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN əməkdaşları vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.