Şəkidə gənc ana intihar edib. Bu haqda 17 yanvar tarixində Apa məlumat verir.
Hadisə rayonun Suçma kəndində baş verib. Axşam saat 23:00 radələrində bir övlad anası olan 22 yaşlı Nuray Abdurahmanovanın meyiti yaşadığı ünvanın sanitar qovşağında asılı vəziyyətdə aşkar edilib. Ilkin araşdırma zamanı ananın intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.