Şəkidə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Bu barədə 25 yanvar tarixində Apa məlumat verib.
Yanğın rayonun Aşağı Layskı kəndində qeydə alınıb. Ümumi sahəsi 240 kv.metr olan ev kənd sakini Rafiq Məmmədova məxsusdur. Əraziyə yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib. Hadisə nəticəsində tikilinin 1-ci mərtəbəsində 1 otağın tavanı 12 kv.metr sahədə yanıb, qalan hissə yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.