Ötən gün Şəkinin Qırxbulaq kəndində traktoru təmir edən 67 yaşlı sakin bədbəxt hadisə nəticəsində həlak olub. Bu haqda mayın 26-da APA xəbər verib.
O, texnikanı işlək vəziyyətdə saxlayaraq təmir etməyə çalışıb. Təmir işləri zamanı traktor hərəkət etməyə başlayarkən sürücü ehtiyatsızlıqdan təkərin altına yıxılıb. Yaralı xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma davam edir.