Şəkidə “Xaş-xaş-2022” şərti adlı əməliyyat zamanı yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu haqda iyunun 6-da Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
Baş Göynük kəndi ərazisində ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.