Şəkidə “ZİL” markalı avtomobil aşıb, sürücü vəfat edib. Bu haqda iyunun 24-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1963-cü il təvəllüdlü Mahir Hacırəhimovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.