Şəkinin Süleyman Eldarov küçəsində mayın 26-sı səhər saatlarında yük maşını aşıb, bir nəfər isə yaralanıb. Bu haqda APA xəbər paylaşıb.
Sürücü “KamAZ” markalı yük maşınının banında olan mişar daşını boşaltmaq istəyən zaman maşın aşıb. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.