Salyan rayonunda 3 yaşlı uşaq su kanalında boğulub. Bu haqda iyunun 18-də Oxu.az məlumat yayıb.
İnsident Kürsəngi kəndində qeydə alınıb. Bildirilib ki, hadisə azyaşlının nəzarətsiz qaldığına görə baş verib.
Faktla bağlı araşdırma aparılır.