Salyanda 1970-ci il təvəllüdlü kişini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. Bu haqda mayın 24-də APA məlumat yayıb.
Mərhum mayın 24-ü gecə radələrində küçədə 1991-cü il təvəllüdlü şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı Salyan rayon prokurorluğunda “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.