Salyan rayonunda qatar kişini vurub. Bu haqda Report mayın 25-də xəbər yayıb.
Hadisə rayonun Xurşud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Təxminən 40 yaşlı kişi dəmir yolunu keçərkən qatar onu vurub. O, müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Yaralının kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.