Salyan rayonunda mikroavtobus yanıb. Bu barədə iyunun 25-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə Ələt-Astara avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb. "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Qeyd edək ki, bu gün, iyunun 25-də Kürdəmirdə də traktor yanıb.