Salyan rayonunda avtomobilin vurduğu piyada hadisə yerində ölüb. Bu barədə 17 yanvar tarixində Apa məlumat verir.
Belə ki, naməlum avtomobil rayonun Babazanlı qəsəbə sakini, 39 yaşlı Yaşar Ramazanovu vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hazırda avtomobilin axtarılıb tapılması istiqamətində istintaq-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı ararşdırma aparılır.