Şamaxıda üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə mayın 21-də APA məlumat paylaşıb.
Şamaxı-Padarçöl yolunda "Daewoo" markalı avtomobil "QAZ 3110" markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə iki gənc və 35 yaşlı Şamaxı sakini xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma davam edir.