Şamaxıda 18 küçədə təmir işləri aparılır. Bu barədə Avtomobil Yolları Agentliyi məlumat yayıb.
Küçələrin ümumi uzunluğu 13 kilometrdir. Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Xatırladaq ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 km olan 44 adda prospekt və küçədə təmir-tikinti işləri həyata keçirilib.
[URIS id=56411]