Şamaxıda əmək yarmarkası təşkil edilib. Bu barədə 20 may tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Məlumata əsasən, yarmarkaya 25 dövlət qurumu və özəl müəssisə tərəfindən ümumilikdə 262 vakansiya təqdim edilib.
Bildirilib ki, yarmarkanın əsas məqsədi işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Qeyd olunub ki, yarmarkada 450-dən çox işsiz və işaxtaran şəxs iştirak edib.