Şamaxıda yol qəzasında 5 nəfər xəsarət alıb. Bu barədə iyunun 10-da APA məlumat yayıb.
Hadisə Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində qeydə alınıb. İsmayıllının Zeybət kənd sakini, 82 yaşlı Nəsib Babayev “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb.
Sürücü daxil olmaqla, bir ailənin 5 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.